Bakıda 47 yolayrıcında mövcud olan işıqforlara 115 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.
Turkustan.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən görülən işlər çərçivəsində svetoforlara velosiped bölmələrinin quraşdırıldığı yeni kəsişmələr aşağıdakılardır:
1. Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsi;
2. Səbail rayonu, Neftçilər prospekti ilə Bülbül prospektinin kəsişməsi;
3. Səbail rayonu, Xaqani küçəsi ilə Azadlıq prospektinin kəsişməsi;
4. Xətai rayonu, İzzət Orucov küçəsi ilə Sabit Orucov küçəsinin kəsişməsi.
Yeni nəsil LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələrinin quraşdırılması mikromobilliyin inkişafı məqsədilə həyata keçirilir.