Sabah Ağdərənin 4 kəndinə ilk köç olacaq


Sabah Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç olacaq.

Turkustan.az bildirir ki, “Report”un məlumatına görə, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndlərə yola salınacaq.

Xatırladaq ki, 1993-cü ildə işğal oluan kəndlər 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antitteror əməliyyatı nəticəsində azad olunub.


MANŞET XƏBƏRLƏRİ