“İranda etirazlara o rəhbərlik edir: yeni lider olacaq” – Behrəng


İranın müxtəlif şəhərlərində 10 gündən çoxdur davam edən etirazlar daha şiddətli xarakter almağa başlayıb.

Globalinfo.az xəbər verir ki, milyonlarla insanın iştirakı ilə baş tutan bu aksiyalarda xüsusilə şahzadə Rza Pəhləvi tərəfdarları xüsusi diqqət çəkir.

İranlı siyasi analitik Nəcat Bahrami məsələyə belə münasibət bildirib:

“Rejimin müxalifət arasında üstün rəhbərliyin formalaşmasının qarşısını almağa daim çalışmasına baxmayaraq, iranlılar tarixi bir gündə ölkə üzrə etnik mənsubiyyətindən, dini və ya siyasi baxışlarından asılı olmayaraq şahzadə Rza Pəhləvi üçün şüarlar səsləndirərək küçələrə çıxdılar”.

İranlı jurnalist Kamyar Behrəng isə deyib ki, Rza Pəhləvi artıq üsyana rəhbərlik edir:

“Şahzadə Rza Pəhləvi milyonlarla insanın iştirakı sayəsində artıq deyə bilər ki, iranlıların milli üsyanına rəhbərlik edir. O, əlavə tədbirlər görmək üçün addımlar ata bilər”. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ