ABŞ prezidenti Donald Tramp İran xalqına müraciət edərək onları azadlığa inanmağa çağırıb.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, Tramp yaydığı mesajda belə deyib:
“Azadlığa çox güclü şəkildə inanmalısınız. Azadlıqdan daha yaxşı heç nə yoxdur. Siz cəsur insanlarsınız. Təəssüf ki, ölkənizin başına bunlar gəldi. Sizin ölkəniz vaxtilə böyük bir ölkə idi”.
Məlumata görə, hazırda Tehranda minlərlə insan etiraz aksiyalarında iştirak edir. Paytaxtın mərkəzi küçələri bağlanıb, vəziyyət gərgin olaraq qalır və prosesin necə yekunlaşacağı hələlik bilinmir.
Bundan başqa, KİV-in iddialarına əsasən, dünən etirazçılar əhalisi bir milyondan çox olan Kərəc şəhərini faktiki olaraq nəzarətə götürüblər. Bildirilir ki, şəhərdə təhlükəsizlik qüvvələri tərəfindən ciddi müqavimət göstərilməyib.
Qeyd edək ki, Kərəc Tehran şəhərindən təxminən 40 kilometr məsafədə yerləşir.