Nazirdən dabaq xəstəliyi ilə bağlı AÇIQLAMA


“Kənd təssərrüfatı məhsulları istehsalçılarına məxsus mal-qaranın qarayara, dabaq, quduzluq və digər yoluxucu xəstəliklərdən qorunması məqsədilə dövlət büdcəsi hesabına vaksinləşmə aparılır”.

Turkustan.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“2026-cı ildə baytarlıq xidmətinin həyata keçirilməsi, dövlət büdcəsi vəsaiti hesabına dərman, vaksinlərin, baytarlıq ləvazimatların alınması üçün 41,9 milyon manat nəzərdə tutulub. Nəzərdə tutulmuş vəsaitə 3 milyon manat əlavə olunması üçün də müraciət olunub” – deyə o bildirib./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ