ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026 FIFA Dünya Çempionatı öncəsi təhlükəsizlik məsələləri yenidən gündəmə gəlib.
Turkustan.az xəbər verir ki, ABŞ təhlükəsizlik qurumları turnir zamanı mümkün terror təhdidlərinə qarşı hazırlıq səviyyəsini artırıb. Xüsusilə “yatmış hüceyrələr” kimi tanınan gizli qrupların aktivləşə biləcəyi ilə bağlı xəbərdarlıqlar diqqət çəkib.
Məlumata görə, federal qurumlar dünya çempionatı və digər böyük beynəlxalq tədbirlərin təhlükəsizliyini təmin etmək üçün yüz milyonlarla dollar dəyərində əlavə maliyyə ayırıb. Təhlükəsizlik planına sərhəd nəzarəti, kütləvi tədbirlərin mühafizəsi, kibertəhlükəsizlik və xüsusi əməliyyat tədbirləri daxildir.
Rəsmilər bildiriblər ki, milyonlarla azarkeşin iştirak edəcəyi turnirin təhlükəsiz keçirilməsi ABŞ üçün əsas prioritetlərdən biridir.
Aytən Yaşar/ Turkustan.az