Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə səfəri ilə bağlı videoçarx paylaşılıb.
Turkustan.az xəbər verir ki, paylaşımda deyilir:
“Biz bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan bir millətik, eyni zamanda mübarizə aparan bir millətik. Biz bu torpaqları qanımızı tökərək geri aldıq - Allah bütün şəhidlərimizə rəhmət eləsin - parlaq bir Qələbəyə nail olduq, müasir tarixdə tayı-bərabəri və ya oxşarı olmayan bir Qələbə, çox güman ki, heç vaxt olmayacaq və biz bu əbədi Qələbə ilə fəxr etməliyik.
Gənc nəsil də evlərdə, ailələrdə və məktəblərdə bu ruhla böyüməlidir ki, qalib bir millət və xalq kimi qürurla yaşamağa davam edək. (9 may 2026-cı il, Cəbrayıl rayonunun Şükürbəyli kənd sakinləri ilə görüş zamanı)”