Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb.
Turkustan.az xəbər verir ki, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, söhbət zamanı Türkiyə ilə BƏƏ arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Görüşdə Ərdoğan Türkiyə ilə BƏƏ arasında xüsusilə ticarət, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişafına böyük önəm verdiklərini bildirib.
O, İran və ABŞ arasındakı münaqişə fonunda bölgədə yaranan gərginlikdən narahatlığını ifadə edib, BƏƏ-nin suverenliyi və təhlükəsizliyinə dəstəyin davam edəcəyini vurğulayıb və baş verən itkilərə görə başsağlığı verib.
Aytən Yaşar/ Turkustan.az