Putin Zelenskiyə görün nə təklif edib...


Rusiya Prezidenti Vladimir Putin Ukraynalı həmkarı Volodimir Zelenskini qəbul etməyə hazır olduğunu dəfələrlə ifadə edib.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov "RİA Novosti" agentliyinə məlumat verib.

Kreml rəsmisi bildirib ki, prezident bir neçə dəfə Zelenskinin istəyəcəyi təqdirdə Moskvaya zəng edə biləcəyini, onu qəbul etməyə və danışıqlar aparmağa hazır olduqlarını cavablandırıb. O əlavə edib ki, Ukrayna Prezidentinin ötürdüyü mesajlar havada qalır.

Ötən il Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin nümayəndələri ilə ünsiyyət zamanı Putin Zelenski ilə görüşməyə hazır olduğunu, lakin bunun sonsuz bölgü üçün deyil, nöqtə qoymaq üçün reallaşmalı olduğunu demişdi./publika.az


MANŞET XƏBƏRLƏRİ