ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ Hərbi Dəniz Qüvvələrinin İrana qarşı dəniz blokadası çərçivəsində indiyə qədər 58 ticarət gəmisini blokladığını və daha 4 gəmini sıradan çıxardığını açıqladı.
Turkustan.az xəbər verir ki, mərkəzi Komandanlıq sosial media paylaşımında ABŞ-ın İrana qarşı dəniz blokadasının tam qüvvədə qaldığını bildirib.
Bəyanatda deyilir: "Bu günə qədər Mərkəzi Komandanlıq qüvvələri 13 apreldən bəri İran limanlarına daxil olub-olmamasının qarşısını almaq üçün 58 ticarət gəmisini alternativ marşrutlara yönəldib və 4 gəmini zərərsizləşdirib".
ABŞ Hərbi Dəniz Qüvvələri İran və Pakistan arasında danışıqların ilk mərhələsi uğursuz olduqdan sonra 13 apreldə İran limanlarına bütün giriş-çıxışları dayandırmaq üçün Hörmüz boğazına blokada tətbiq etdi.
Aytən Yaşar/ Turkustan.az