Yerli seçkilərdə Starmer üçün şok: İstefa təzyiqi artır


Böyük Britaniyada yerli seçkilərdə Leyborist Partiyasının ağır məğlubiyyətindən sonra Baş nazir Keir Starmer istefa təzyiqləri ilə üzləşib.

Turkustan.az xəbər verir ki, partiya İngiltərədəki yerli şuralarda 1400-dən çox mandat itirib, Uels və Şotlandiyada da ciddi zəifləmə ilə qarşılaşıb. Seçkilərdə ifrat sağçı Reform UK Partiyasının yüksəlişi, eləcə də Uels və Şotlandiyada müstəqillik tərəfdarı qüvvələrin qazanc əldə etməsi diqqət çəkib.

Leyboristlərin bu nəticələri ölkə daxilində siyasi balansın dəyişdiyi və partiya daxilində narahatlığın artdığı kimi qiymətləndirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ