Harq adası yaxınlığında sızıntı iddiası: Saatda 2 km sürətlə yayılır


Londonda yerləşən dəniz riskləri üzrə kəşfiyyat şirkəti Windward Fars körfəzindəki Harg adası yaxınlığında böyük bir neft sızmasının aşkarlandığını və sızmanın cənub-şərq istiqamətində hərəkət etdiyini açıqladı.

Turkustan.az xəbər verir ki, Windward bildirib ki, sızma ilk dəfə mayın 5-də İranın əsas neft ixrac terminalı olan Harg adasından təxminən 1,27 km qərbdə aşkar edilib.

Şirkət bildirib ki, sızma daha sonra 20 saatlıq müddət ərzində aparılan üç peyk müşahidəsi ilə təsdiqlənib.

Kopernikin Sentinel-1, Sentinel-2 və Sentinel-3 peykləri tərəfindən 6-8 may tarixləri arasında çəkilmiş görüntülərdə adanın yaxınlığında onlarla kvadrat kilometr dəniz sahəsini əhatə edən neft dağıntıları görünürdü.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ