Səfa Mirzəyev haqda şok iddia: “Dərin dövlət”in əsas simalarından biri…


İyulun 22-də Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Xatırladaq ki, Səfa Mirzəyev 1952-ci il mayın 12-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.

S.Mirzəyev haqda bəzi çevrələrdə “dərin dövlət”in əsas simalarından biri kimi bəhs edilir.

1992-ci ildən Milli Məclis Aparatında işləyib. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.

30 ildən çox Ali Sovetdə, sonradan Milli Məclisdə mühüm post tutan Səfa Mirzəyevlə bağlı Globalinfo.az-a danışan VI çağırış, Milli Məclis deputatı Vahid Əhmədov Səfa Mirzəyevlə 1992-ci ildən tanış olduğunu deyib:

“O, kifayət qədər təcrübəli hüquqşünas, geniş əlaqələri olan şəxs idi. Milli Məclis və hökumət arasında olan mübahisəli məsələlərin həllində köməklik göstərib. Eyni zamanda Konstitusiyanın hazırlanmasında da iştirakı edib.

Millət vəkilləri ilə münasibəti çox yaxşı olub. O, dostluqda çox etibarlı idi. Ortaq dostlarımız da çoxdur. Xəstə olduğu zamanlarda Türkiyədə idi, bir neçə dəfə telefonla danışdıq, vəziyyətinin çox ağır olduğu hiss olunurdu”.

VI çağırış, Milli Məclis deputatı Fəzail Ağamalı, Səfa Mirzəyevin ölümündən çox təəssüfləndiyini bildirib:

Fəzail Ağamalı

“30 il zaman kəsiyində, öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərdiyi müddətdə əməkdaşlıq etmişik. Olduqca savadlı, yüksək keyfiyyətlərə malik olan, sədaqətli, Ulu Öndərin ideyalarının yerinə yetirilməsində əlindən gələni edən yüksək dövlət məmuru, gözəl insan kimi tanıyıram. Fəaliyyət göstərdiyi müddətdə Milli Məclisin Aparatının işini yüksək səviyyədə quraraq, deputatlarla münasibətlərdə əhəmiyyətli addımlar atırdı.

Allah rəhmət etsin”.


MANŞET XƏBƏRLƏRİ