Slovakiya Baş naziri Robert Fiço ukraynalı həmkarı Denis Şmıqal ilə telefonda danışıb.
Turkustan.az xəbər verir ki, telefon danışığı zamanı Fiço Kiyevin “Lukoyl”a qarşı sanskiyalarını sərtləşdirməsini kəskin tənqid edib.
Fiço bu sanksiyaların mənasız olduğunu bildirib.
O, sanksiyaların Rusiyaya yox, AB-yə zərər vurduğunu bildirib:
“Slovakiya Ukrayna-Rusiya münasibətlərinin əsirinə çevrilmək niyyətində deyil. Ukrayna prezidentinin qərarı o deməkdir ki, Slovakiyanın “Slovnaft” neft emalı zavodu nəzərdə tutulandan 40% az neft alacaq”.
Qeyd edək ki, “Lukoyl” azərbaycanlı milyarder Vahid Ələkbərova məxsusdur./Globalinfo.az