Paşinyanın sözləri İrəvanı qarışdırdı, Bakıda müəmma doğurdu – Məşhur kəndimiz qaytarılır?


Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında rəsmi İrəvanın anklav və eksklav məsələsini gündəmdən çıxara bilməcəyini söyləyib. Baş nazir Ermənistanın problemdən imtina etməyəcəyini və həll yolu axtardığını bildirib.

Nikol Paşinyanın seçkidən sonra ilk dəfə anklav və eksklav məsələsi ilə bağlı geniş açıqlama verərək, bu problemin Azərbaycanla delimitasiya prosesi çərçivəsində həll edilməli olduğunu vurğulayıb. Onun açıqlaması Ermənistan ictimaiyyətində Nüvədi kəndinin Azərbaycana geri qaytarılacağının anonsu kimi dəyərləndirilir.

Danışıqlarda Nüvədi məsələsi varmı? Delimitasiya və demarkasiya prosesində anklav-eksklav məsələsinin həlli hansı şəkildə mümkün ola bilər?

Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, anklav və eksklav məsələsi sərhədlərin müəyyənləşməsi prosesi ilə müəyyən olunmalıdır:

“Sərhəd komissiyalarının təmasları və görüşləri ilə bu məsələ müzakirə edilir, araşdırılır. Sərhədin bir hissəsi müəyyən edilmişdi, lakin hiss olunur ki, danışıqlar sürətlə getmir. Ermənistan ümumiyyətlə qərar verməlidir. Xüsusilə işğal edilən bəzi kəndlər geri qaytarılmalıdır. Onlar da müəyyən əraziləri istəyirlər.

Elxan Sahinoglu 5
Elxan Şahinoğlu

Hazırda sülh prosesinin imzalanması ləngiyir. Paşinyanın dediyindən belə çıxır ki, Ermənistanda konstitusiya referendumu bu il keçirilməyəcək. Biz anklav və eksklavların geri qaytarılmasını istəyirik, lakin bu, vaxt aparacaq bir məsələdir”.


MANŞET XƏBƏRLƏRİ