Tramp ən böyük arzularından birinə çatdı! Bu, qızıldan düzəldilib - FOTO


ABŞ-ın maliyyə naziri Skott Bessent ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə keçiriləcək tədbirlər çərçivəsində yeni xatirə sikkəsinin buraxılacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Bessent sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, ABŞ Zərbxanası Prezident Donald Trampın portreti həkk olunmuş 1 dollarlıq qızıl sikkə zərb edəcək.

Nazirin sözlərinə görə, yeni sikkə ABŞ-ın azadlıq irsini yad etmək, vətənpərvərlik dəyərlərini simvolizə etmək və ölkənin 250 illik tarixini qeyd etmək məqsədi daşıyır.

Bessent əlavə edib ki, üzərində Donald Trampın təsviri yer alan sikkə Amerika dəyərlərinin gücünü və azadlığın qorunmasına sadiq bir millətin ideallarını əks etdirəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ