Rekord qiymət! ABŞ-da dinozavr skeleti 50,1 milyon dollara satıldı


Nəhəng T-Rex (Tyrannosaurus-Rex) dinozavr skeleti Nyu-York şəhərində keçirilən hərracda rekord qiymətə - 50,1 milyon dollara satılıb.

Turkustan.az xəbər verir ki, Nyu-York şəhərindəki Sotheby's hərrac evində 67 milyon illik Tirannozavr reks skeleti hərraca çıxarılıb. İndiyə qədər tapılan ən böyük və ən tam skeletlərdən biri hesab edilən "Qus" adlı dinozavr skeleti, yeddi nəfərin qatıldığı 10 dəqiqəlik hərracda 50,1 milyon dollara satılıb. Təxminən 4 metr hündürlüyündə olan skelet, hərracda indiyə qədər satılan ən bahalı dinozavr fosili olub. 2021-2023-cü illər arasında skeletin aşkar edildiyi və qazıldığı torpağın sahibi Qari "Qus" Likinqin adını daşıyan skeletin 20-30 milyon dollar arasında satılacağı gözlənilirdi .

2021-ci ildə ABŞ-ın Cənubi Dakota ştatındakı bir fermada aşkar edilən dinozavr skeleti, 2023-cü ilə qədər davam edən qazıntı işləri nəticəsində ortaya çıxarılıb. Skeletin laboratoriyada yenidən yığılması 3 il çəkib.

Əvvəlki satış rekordu 2024-cü ildə Sotheby's hərracında 44,6 milyon dollara satılan "Apex" stegosaurus fosilinə məxsus idi.

Rekord qiymət! ABŞ-da dinozavr skeleti 50,1 milyon dollara satılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ