Zelenski: Məqsədimiz Ukrayna və Avropanı Rusiya təhlükəsindən qorumaqdır


Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin əsas məqsədi Ukraynanı və Avropanı Rusiyadan qaynaqlanan təhlükədən qorumaqdır.

Turkustan.az xəbər verir ki, Zelenski bu fikirləri Ukrayna Dövlətçiliyi Günü münasibətilə Kiyevdə keçirilən rəsmi mərasimdə səsləndirib.

Tədbirdə Ukrayna–Cənub-Şərqi Avropa Zirvəsi çərçivəsində Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və bir sıra ölkələrin liderləri də iştirak ediblər.

Çıxışında Rusiya-Ukrayna müharibəsinin gedişatına toxunan Zelenski bildirib ki, Ukrayna Rusiyanın enerji infrastrukturuna qarşı əməliyyatlarını davam etdirir.

Prezident vurğulayıb ki, əsas məqsəd Rusiyanı yanacaq çatışmazlığı ilə üz-üzə qoymaq deyil.

“Əsas məqsədimiz Rusiyanın benzininin tükənməsi deyil. Məqsədimiz Ukraynanın müharibəsiz, Rusiyanın təcavüzündən azad, Avropa ilə birlikdə inkişaf edən bir dövlət olması, həm Ukraynanın, həm də Avropanın Rusiya təhlükəsindən qorunmasıdır”, – deyə, Zelenski bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ