Ceyhun Bayramov Lavrovla görüşəcək - mövzular açıqandı


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya rəsmi səfər edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.

"İyulun 16-17-də Azərbaycan Respublikasının xarici işlər naziri Rusiya Federasiyasına rəsmi səfər edəcək. Səfər çərçivəsində onun Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü nəzərdə tutulub", – deyə Zaxarova bildirib.

Rusiya XİN sözçüsü qeyd edib ki, nazirlər Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərini, həmçinin regional və beynəlxalq gündəmdə duran bir sıra aktual məsələləri müzakirə edəcəklər.


MANŞET XƏBƏRLƏRİ