CENTCOM elan etdi: 2 kommersiya gəmisi geri döndü


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına tətbiq edilən dəniz blokadasının yenidən qüvvəyə minməsindən sonra blokadanı pozmağa cəhd göstərən iki ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, CENTCOM-un sosial media hesabında yayılan bəyanatda bildirilib ki, blokadanın bərpa olunmasından ötən 17 saat ərzində iki ticarət gəmisi ABŞ qüvvələri tərəfindən dayandırılıb və marşrutunu dəyişməyə məcbur edilib.

Açıqlamada həmçinin vurğulanıb ki, ABŞ ordusu yüksək hazırlıq vəziyyətini qoruyur və tətbiq edilən dəniz blokadasına tam əməl olunmasını təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirməyə davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ