Bu ölkədən şok qərar: İsrail vətəndaşları deportasiya olunacaq


Malayziyanın Baş naziri Ənvər İbrahim bildirib ki, ölkədə İsrail vətəndaşları aşkar edilərsə, onlar dərhal deportasiya olunacaqlar.

Turkustan.az xəbər verir ki, yerli "Malay Mail" qəzetinin məlumatına görə, Baş nazir təhlükəsizlik qurumlarının İsrail vətəndaşlarının Malayziyada olması ilə bağlı iddiaları hərtərəfli araşdırdığını deyib.

“Biz araşdırma aparırıq və buna icazə verməyəcəyik. Əgər ölkədə İsrail vətəndaşları varsa, onlar dərhal deportasiya ediləcəklər. Çünki biz İsraili tanımırıq”, – deyə Ənvər İbrahim vurğulayıb.

Baş nazirin açıqlaması Johor ştatında ikili vətəndaşlıq sənədlərindən istifadə edən İsrail vətəndaşlarının müəyyən edildiyi barədə yayılan xəbərlərdən sonra səsləndirilib.

Qeyd edək ki, Malayziya İsraillə diplomatik münasibətlər saxlamır və onu rəsmi olaraq tanımır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ