Yunanıstan ilin sonunadək İsraildən F-16 qırıcı təyyarələri üçün nəzərdə tutulan "Rampage" raketləri və "Spice" tipli ağıllı sursatları silahlı qüvvələrinin arsenalına daxil etməyi planlaşdırır.
Turkustan.az xəbər verir ki, Yunanıstanın "Kathimerini" qəzetinin anonim mənbələrə istinadən yaydığı məlumata görə, sözügedən silah sistemlərinin tədarükü ilin sonuna qədər başa çatdırılacaq.
Məlumata əsasən, plan çərçivəsində "Rampage" raketləri və "Spice" sursatlarının sentyabr ayına qədər Yunanıstan Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrində istifadəsinə icazə verən uçuşa yararlılıq sertifikatının alınması nəzərdə tutulur.
Rəsmi Afina və ya İsrail tərəfi məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Aytən Yaşar/ Turkustan.az