“Azərbaycanın gələcəyi etibarlı əllərdədir, düzgün qurulmuş sistemlə irəliləyir” – Onur Beyhan


Türk Strateji Düşüncə Mərkəzinin sədri, politoloq Onur Beyhan Çağrı.az saytına verdiyi açıqlamada Türkiyə-Azərbaycan münasibətlərini, bu iki qardaş ölkə arasındakı bağların Türk dünyasına təsirlərini və ümumilikdə Türk dünyasının gələcəyinə dair fikirlərini bölüşüb. Onur Beyhan Azərbaycanın müstəqillik əldə etdiyi gündən bu günə qədər yürütdüyü siyasi gedişləri və xarici siyasət sahəsində atdığı addımları diqqətlə izlədiyini vurğulayan Beyhan, bu strategiyaları olduqca uğurlu qiymətləndirib. Həmçinin Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətlərin digər Türk yurdları üçün nümunəvi model ola biləcəyini qeyd edən politoloq bildirib ki, müstəqilliyini qazandıqdan dərhal sonra müharibəyə cəlb olunan, ərazilərinin 20 faizini itirən və əhalisinin mühüm bir hissəsi qaçqın vəziyyətinə düşən Azərbaycan; demək olar ki, müstəqilliyini itirmək ərəfəsində ikən toparlanmağı bacaran ölkədir: "Azərbaycana hər səfərimdə ölkənin bütün sahələrdə daha da inkişaf etdiyini, dünyada söz sahibi olan bir ölkəyə çevrildiyini və son hədəflərinə doğru sürətli və əmin addımlarla irəlilədiyini müşahidə edirəm. Bu prosesin əsasını qoyan şəxs, heç şübhəsiz ki, Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevdir. Geriyə nəzər saldıqda Heydər Əliyevin Azərbaycan üçün möhkəm gələcək inşa etdiyini, hazırkı prosesin bu təməllərdən sapmadan davam etdirildiyini, dövlət ağlı ilə xalq birliyinin ayrılmaz bir bütövlük təşkil etdiyini görürük. Məhz elə buna görədir ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin qoyduğu yolu uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük zəfər qazandı; işğal altındakı torpaqlar işğaldan azad edildi. O andan etibarən Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoydu. Sevinc hissi keçiririk; çünki zəfərdən sonra ərazi bütövlüyünü bərpa etmiş güclü bir Azərbaycan var. Sevinc hissi keçiririk; çünki əbədiyyətə qovuşsa belə, qarşımızda Ümummilli lider Heydər Əliyevin qoyduğu yoldan uzaqlaşmayan bir ölkə başçısının rəhbərliyi ilə Turanı qurmaq niyyətində olan Azərbaycan var. Və nəhayət, sevinc hissi keçiririk; çünki biz bu prosesin canlı şahidləriyik“.
Onur Beyhan sözlərini belə davam etdirib:
“Əminik ki, Azərbaycan 15 İyun Milli Qurtuluş Günündən aldığı qüvvə ilə daha böyük zirvələri fəth edəcək, yeni uğurlar qazanacaqdır. Beləliklə, uğurdan uğura qaçan Azərbaycanın hazırki vəziyyəti Ulu öndər Heydər Əliyevin ruhunu da şad edir. Müstəqilliyin ilk günlərindən bu günlərə nəzər saldıqda, əldə edilmiş nailiyyətin əhəmiyyətini hamımız dərk edirik. Əlbəttə ki, bu asan başa gəlməyib; çətinliklərə sinə gərərək bu günlərə gəlinib. O çətin günlərdə iradə nümayiş etdirən, başda Azərbaycanın ümumilli lideri Heydər Əliyev olmaqla bütün qəhrəman vətən övladlarını hörmətlə yad edərək; "bayramın mübarək olsun, Azərbaycanım"- deyirəm“.


MANŞET XƏBƏRLƏRİ