ABŞ-İran razılaşması dünyanın gözlədiyi addımı atdı: Tramp şad xəbəri verdi


Qlobal bazarlar və beynəlxalq diplomatiya dairələrinin diqqəti yenidən ABŞ–İran münasibətlərinə yönəlib.

Turkustan.az xəbər verir ki, bölgədəki enerji marşrutlarının təhlükəsizliyi və qlobal neft qiymətlərinə təsir göstərə biləcək proseslə bağlı Vaşinqtondan verilən son açıqlamalar Körfəz regionunu yenidən gündəmə gətirib.

Uzun sürən danışıqlar və regional gərginlik fonunda iki ölkə arasında mümkün razılaşmanın detalları maraqla gözlənilir. Beynəlxalq ictimaiyyət xüsusilə 19 iyun cümə günü atılacaq addımlara fokuslanıb. Bazarlarda isə ehtiyatlı nikbinlik müşahidə olunur.

Proseslə bağlı ən diqqətçəkən açıqlamalardan biri ABŞ Prezidenti Donald Trampdan gəlib. O, Hörmüz boğazında gəmiçilik fəaliyyətinin normal şəkildə davam etdiyini vurğulayaraq enerji təchizatının təhlükəsizliyinə diqqət çəkib.

“Əksər neft tankerləri Hörmüz boğazından tamamilə təhlükəsiz olan cənub dəhlizi vasitəsilə keçməyə başlayıb”, – deyə Tramp bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ