İran yekun sazişin imzalanması üçün ŞƏRTİNİ AÇIQLADI – VİDEO


“Livanda müharibənin bitməsi atəşkəs sazişinin ayrılmaz hissəsidir”.

Turkustan.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün keçirilən deyib.

O bildirib ki, ABŞ-la Anlaşma Memorandumunda Livan məsələsi ilə bağlı üç müddəa mövcuddur.

Qeyd edək ki, ABŞ və İran arasında uzun müddətdir davam edən danışıqlardan sonra razılaşma əldə olunub. Yekun saziş iyunun 19-da İsveçrədə imzalanacaq.

Lakin bu gün İsrail tərəfindən Livan əraziləri növbəti dəfə bombalanıb. Üstəlik, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir açıqlama verərək, ABŞ-ın İranla razılaşmasının ölkəsi üçün məcburi olmadığını vurğulayıb.

/bizimmedia


MANŞET XƏBƏRLƏRİ