"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Bakı və İrəvana Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətilərinin nümayəndələrinin və ekspertlərinin daimi əsasda qarşılıqlı səfərləri təşkil olunacaq.
Turkustan.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında noyabr 21-22-də dörd nəfərdən ibarət qrupun tərkibində Bakıya səfər edən vətəndaş cəmiyyəti nümayəndələri qrupunun üzvü Areq Koçinyan bildirib.
O qeyd edib ki, həm Ermənistanda, həm də Azərbaycanda səfərin təşkilində və təhlükəsizliyin təmin edilməsində müvafiq qurumlar iştirak edib:
"Biz azərbaycanlı həmkarlarımızdan İrəvanda özlərini necə hiss etdiklərini soruşduq. Onlar tam təhlükəsiz hiss etdiklərini bildirdilər. Mən də bizim təhlükəsizliyimiz haqqında eyni sözləri deyə bilərəm". /bakivaxti.az/