Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları paytaxtın Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsindəki binada baş verən partlayışdan sonra yeraltı qaz sızmaları iddiasını araşdırmaq üçün hadisə yerinə cəlb olunublar.
Turkustan.az xəbər verir ki, hazırda qurumun əməkdaşları müxtəlif qurğular vasitəsilə araşdırma aparırlar.
Əraziyə, həmçinin Baş Prokurorluğun əməkdaşları da cəlb ediliblər.
Qeyd edək ki, səhər saatlarında "AFEN" plazada partlayış baş verib. Bina sahibinin iddiasına görə, partlayışa səbəb bina yaxınlığından keçən magistral qaz kəmərindən sızıntı olub./oxu.az