Rusiya: “Dost olmayan” ölkələr bizə əməkdaşlıq təklif edir


Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin G20 Liderlər Sammitində “dost olmayan” ölkələrin nümayəndələrinin Rusiyaya əməkdaşlıq təklif etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, Oreşkin Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən G20 Liderlər Zirvə toplantısından sonra mətbuat konfransı keçirib.

Rusiya nümayəndə heyətinin rəhbəri Oreşkin sammitin məhsuldar keçdiyini və onun nəticələrindən razı qaldıqlarını bildirib.

Sammit çərçivəsində dost ölkələrin nümayəndələri ilə konstruktiv danışıqlar apardıqlarını bildirən Oreşkin, "Bəzi dost olmayan ölkələr Rusiya ilə iqtisadi əlaqələrin inkişafı və ortaq layihələrlə bağlı konkret əməkdaşlıq təklifləri irəli sürüblər. Bu məsələləri müzakirə etdiyimiz ölkələrin sayı təkcə bir-iki deyil" dedi.

Maksim Oreşkin danışıqlar apardığı “dost olmayan” ölkələr barədə məlumat verməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ