Çindən Yaponiyaya: Qırmızı xətti keçdi


Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Vanq Mərkəzi Asiya ölkələri Qırğızıstan, Özbəkistan və Tacikistana səfərlərindən sonra cari gündəliyi dəyərləndirib.

Turkustan.az xəbər verir ki, Yaponiya Baş naziri Takaichi-nin iki ölkə arasında diplomatik gərginliyə səbəb olan sözlərinə toxunan Vanq: "Yaponiyanın hazırkı lideri ictimaiyyət qarşısında Tayvan məsələsinə hərbi müdaxiləyə cəhd edəcəkləri barədə yanlış siqnal verdi, deməməli olduğu şeyləri söylədi və toxunulmaması lazım olan qırmızı xətti keçdi. Çin qətiyyətlə cavab verməlidir" dedi.

Vanq, Yaponiyanın İkinci Dünya Müharibəsinin "məğlub dövləti" olaraq, Tayvanın müharibədən sonra Çinə qaytarılmasını təmin edən Qahirə Bəyannaməsi, Potsdam Bəyannaməsi və Yaponiyanın təslim olma müqaviləsi kimi beynəlxalq müqavilələrə riayət etməli olduğuna diqqət çəkərək, "Yaponiya təcavüzkar keçmişi, işğalı və Tavan cinayətlərinin törətdiyi hərbi müstəmləkəçiliyi, müharibənin törətdiyi cinayətlərlə üzləşməlidir" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ