İsrailin baş naziri Benyamin Netanyahu atəşkəsə baxmayaraq, Livana hücumları davam etdirməklə hədələyərək, Hizbullahın yenidən hakimiyyəti ələ keçirməsinə imkan verməyəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, baş nazir Benyamin Netanyahu dünən Beyruta edilən hücumla bağlı açıqlamasında Hizbullahın hərbi qanadının lideri Heysəm Əli Təbatəbaini öldürdüklərini bildirib.
“Hizbullah”ın “gücünü bərpa etməsinə” imkan verməyəcəklərini ifadə edən Netanyahu Livana hücumları davam etdirəcəyi ilə bağlı təhdidini təkrarlayıb.
Netanyahu həmçinin Livan hökumətinin Hizbullahı tərksilah etmək öhdəliyini yerinə yetirmədiyini iddia edib.
Hizbullah bəyanat yayaraq Təbatəbainin İsrail ordusunun həyata keçirdiyi hücumda öldüyünü təsdiqləyib.
Bazar günü İsrail ordusunun atəşkəsi pozaraq Livanın paytaxtı Beyrutun Dahiyə bölgəsinə hava hücumu təşkil etməsi nəticəsində 5 nəfər ölüb, 28 nəfər yaralanıb.
Aytən Yaşar/ Turkustan.az