Tramp: Ukrayna ABŞ-ın səylərinə görə heç vaxt təşəkkür etməyib


ABŞ prezidenti Donald Tramp Ukraynada milyonlarla insanın həlak olduğu müharibənin ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasından miras qaldığını və Ukrayna rəhbərliyinin ABŞ-ın səylərinə görə təşəkkür etmədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp ABŞ-da yerləşən Truth Social sosial media platformasında öz hesabından bir yazı paylaşıb.

“Əgər ABŞ və Ukraynanın güclü və düzgün rəhbərliyi olsaydı, Rusiya və Ukrayna arasında müharibə heç vaxt baş verməzdi” deyən Tramp müharibədə keçmiş prezident Co Baydeni günahlandırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ