Hizbullah Beyrutun cənubundakı Dahiya bölgəsinə İsrail ordusunun hücumu nəticəsində hərbi qanadının lideri Heysəm Əli Təbatəbainin öldüyünü açıqlayıb.
Turkustan.az xəbər verir ki, Hizbullah verdiyi açıqlamada Təbatəbainin uzun illər təşkilatın hərbi strukturunda kritik vəzifələr tutduğunu və “müqavimətin təməl daşlarını qoyan komandirlərdən biri” olduğunu bildirib.
Açıqlamada İsrailin Beyrutun cənubundakı Dahiyə bölgəsinə hücumu nəticəsində həyatını itirən Təbatəbainin "öz torpağını və xalqını müdafiə edərkən həyatını müqavimətə həsr etdiyi" qeyd edilib.
Aytən Yaşar/ Turkustan.az