Suriyanın Homs şəhərində iki qətl hadisəsindən sonra elan edilən komendant saatının saat 17:00-a qədər uzadıldığı bildirilib.
Turkustan.az xəbər verir ki, Suriya dövlət televiziyası Əl-İhbariyyənin xəbərinə görə, Daxili Təhlükəsizlik Komandanlığı şəhərin bir neçə məhəlləsində dünən axşam elan etdiyi komendant saatının 17:00-a qədər uzadılmasına qərar verib.
Abbasiyə, əl-Armen, əl-Muhacirin, əl-Zehra, əl-Nuzha, İkrime, əl-Nazihin, Aşire, Zeydel, Kerm al-Zeytun, Kerm al-Levz, al-Vurud və Polis İqamətgahları məhəllələrində müvəqqəti komendant saatının davam etdiyi paylaşılıb.
Aytən Yaşar/ Turkustan.az