ABŞ dövlət katibi Marko Rubiо bildirib ki, Cenevrədə Ukrayna üzrə keçirilən danışıqlarda əldə olunan irəliləyiş barədə Prezident Donald Trampla danışıb və Tramp prosesin gedişindən razıdır.
APA xəbər verir ki, Rubiо bunu Cüenevrədə keçirilən danışıqlardan sonra jurnalistlərə deyib.
“Fikrimcə, biz çox böyük irəliləyiş əldə etmişik. Sizinlə son danışığımızdan bəri vəziyyət xeyli dəyişib. Bu gün bura tək bir məqsədlə gəlmişdik: 28 və ya 26 maddədən ibarət olan sənəddə həll olunmamış məsələlərin sayını azaltmaq. Bu gün bunu çox əhəmiyyətli şəkildə bacardıq”,- Rubio vurğulayıb.
Onun sözlərinə görə, yekun razılaşma kimi sənəd ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən təsdiqlənməlidir:
“Bir neçə məsələ hələ də qalır və onların üzərində işi davam etdirməliyik”.
Rubiо əlavə edib ki, nümayəndə heyətlərinin sülh planı üzərində işi sabah da davam edəcək.