Hindistan kinosunun əfsanə aktyorlarından Dharmendra 89 yaşında vəfat edib.
Turkustan.az xəbər verir ki, bu gün səhər saatlarında aktyorun halı pisləşib və evə təcili tibbi yardım çağırılıb.
Lakin həkimlər artıq gec olduğunu və aktyorun vəfat etdiyini bildiriblər. Hazırda Dharmendranın hindu adətlərinə uyğun olaraq kremasiya (ölü yandırma) mərasiminə hazırlıqların başladığı açıqlanıb.
Noyabrın 11-də də aktyorun səhhəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi. Lakin daha sonra evə buraxılsa da, səhhətinin yaxşı olmadığı deyilirdi.
Qeyd edək ki, Dharmendra Azərbaycanda da sevilən “Bollivud” aktyorlarından olub. O, “Qisas və qanun“, “Daş və Çiçək”, “Daharam Ver”, “Sevimli Raca” və s. filmləri ilə ölkəmizdə tanınır.

Globalinfo.az