8 il əvvəl də həmin biznes mərkəzində yanğın olubmuş - FOTO


Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində partlayış olub.

Partlayış "AFEN Plaza" biznes mərkəzində baş verib. Hadisə zamanı xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

FHN qüvvələri tərəfindən 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, 8 il əvvəl də eyni obyektdə yanğın baş verib.

Belə ki, 2017-ci ilin noyabr ayının 10-da "AFEN Plaza" biznes mərkəzinin 6-cı mərtəbəsində partlayış olub. Ümumi sahəsi 300 kv.m olan ofisin yanar konstruksiyaları yanıb. Həmin vaxt xilasetmə qüvvələri tərəfindən 40 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisədən bir müddət sonra plazada yenilənmə işləri aparılıb.

1480186

Modern.az


MANŞET XƏBƏRLƏRİ