İngiltərə və ABŞ sülh planını müzakirə etdi


Böyük Britaniyanın baş naziri Keir Starmer və ABŞ prezidenti Donald Tramp İsveçrənin Cenevrə şəhərində ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün “sülh planı”nını müzakirə ediblər.

Turkustan.az xəbər verir ki, İngiltərə Baş Nazirinin 10 nömrəli sözçüsü yazılı açıqlamada Starmer və Tramp arasında telefon danışığı olduğunu bildirib.

Sözçü bildirib ki, Starmer və Tramp ABŞ-ın Ukraynaya dair sülh planı ilə bağlı Cenevrədə yüksək səviyyəli danışıqların müxtəlif aspektlərini müzakirə ediblər.

"(Liderlər) bu kritik anda ədalətli və davamlı sülhə nail olmaq üçün hamımız birlikdə çalışmalıyıq" deyən sözçü, iki liderin təmasda qalmağa razı olduqlarını bildirib.

İsveçrənin Cenevrə şəhərində ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hazırladığı “sülh planı”nı müzakirə etmək üçün danışıqlar başlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ