“Yadplanetli gəmi” kursunu dəyişib: Bu planetə doğru gedir - Nə apardığı bəllidir


Yerdən kənar mənşəli olduğu güman edilən ulduzlararası obyekt 3I/ATLAS Günəş sistemində kursunu qəfil dəyişib.

Turkustan.az xəbər verir ki, bu barədə Harvard Universitetinin alimi Avi Loeb öz bloqunda yazıb.

O bildirib ki, gəmi texnoloji cihazları çatdırmaq üçün Yupiterə doğru gedir.

"Bunun üçün 3I/ATLAS Yupiterin cazibə radiusuna - Yupiterin cazibə qüvvəsinin Günəşin qravitasiya sahəsindən daha güclü olduğu təpə radiusuna çatmalıdır" deyə astronom izah edib.

Loeb hesab edir ki, "yadplanetli gəmi"nin son vaxtlar qeyri-qravitasiya sürətləndirilməsi Yupiterə nisbətən kurs korreksiyası ilə bağlı ola bilər və bu sürətlənmənin səviyyəsi xüsusi olaraq tənzimlənib. İndi ekspertlər Yupiterin hər hansı texnoloji cəhətdən inkişaf etmiş peyklərini tapsalar, planetin yerdənkənar sivilizasiyalar üçün maraqlı olduğunu təsdiqləmək mümkün olardı.

NASA əvvəllər 3I/ATLAS obyektinin insanlar üçün yaratdığı təhlükəni qiymətləndirmişdi. Agentlik ulduzlararası obyektin təbii kometa olduğunu və Yerdən kifayət qədər uzaqda olduğunu vurğulayıblar./publika.az


MANŞET XƏBƏRLƏRİ