Erməni ekspertlərin Bakıya səfər edəcəyi tarix məlum oldu


Erməni ekspertlər sabah, noyabrın 21-də Bakıya yola düşəcəklər.

Turkustan.az xəbər verir ki, Ermənistan hökuməti bu gün, noyabrın 20-də keçirilən iclasında noyabrın 21-25-də Bakıda keçiriləcək dəyirmi masada beş erməni ekspertin iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkili üçün 17 milyon 550 min dram (46 004.401 $) ayrılması barədə qərar qəbul edib.

Qərarın əsaslandırmasında deyilir ki, dəyirmi masa müzakirəsində iştirak Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasları asanlaşdıracaq və iki ölkənin cəmiyyətləri arasında etimadın yaradılması mexanizmləri yaradacaq.

Xatırladaq ki, oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə İrəvanda ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub.

Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva və 1news.az saytının baş redaktoru Kəmalə Məmmədova yer alıblar. /Yeni Sabah/


MANŞET XƏBƏRLƏRİ