Kallasdan Brexit etirafı: Aİ-Britaniya danışıqları asan olmayacaq


Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Brexit-in yaratdığı narazılıqların Aİ ilə Böyük Britaniya arasında danışıqları çətinləşdirəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Kaja Kallas və Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Aİ-Böyük Britaniya Müdafiə və Təhlükəsizlik Dialoqu çərçivəsində keçirilən görüşdən əvvəl mətbuata açıqlamalar veriblər.

Kallas Brexit prosesindən Aİ-də ciddi şəkildə məyus olan və onun mənfi təsirlərini hiss edən çox sayda insanın olduğunu vurğulayıb.

“Qeyd etməliyəm ki, Aİ-də Brexit prosesindən ciddi şəkildə məyus olan və mənfi təsirlənən çox sayda insan var. Buna görə də danışıqlar asan olmayacaq”, – deyə, o bildirib.

Aİ-nin ali nümayəndəsi üzv dövlətlərin Britaniya müdafiə sənayesi ilə əməkdaşlıqdan əhəmiyyətli fayda əldə etdiyini də qeyd edib.

Kallas həmçinin Böyük Britaniyanın Avropanın Təhlükəsizlik Fəaliyyəti (SAFE) proqramında iştirakı ilə bağlı hələlik heç bir razılığın əldə olunmadığını xatırladıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ