Almaniyanın növbəti prezidenti qadın olmalıdır – Merkel


Almaniyanın keçmiş kansleri Angela Merkel ölkənin növbəti prezidentinin qadın olması fikrini dəstəkləyib. O, Almaniya tarixində indiyədək heç bir qadının bu vəzifəni tutmadığını xatırladaraq, prezident postuna layiqli qadın namizədlərin olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Merkel “MagentaTV”yə müsahibəsində Almaniyanın qadın prezident seçilməsi ehtimalını ciddi şəkildə nəzərdən keçirməsinin vaxtının çatdığını deyib.

Keçmiş kansler bu vəzifəni yerinə yetirmək üçün kifayət qədər ixtisaslı qadınları tanıdığını, lakin konkret namizədlərin adını açıqlamaq istəmədiyini bildirib.

Almaniya Federal Konvensiyası yanvarın 30-da ölkənin yeni prezidentini seçəcək. Hazırkı prezident Frank-Valter Ştaynmayer konstitusiyaya əsasən ardıcıl üçüncü müddətə namizədliyini irəli sürə bilməz.

Qeyd edək ki, prezident Almaniyada əsasən simvolik səlahiyyətlərə malik olsa da, ölkənin dövlət başçısı hesab olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ