Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.
“Cebheinfo.az"ın məlumatına görə, dövlət başçısı Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzində dünya liderləri ilə birgə sülh sazişinin imzalanmasında iştirak edib.
ABŞ Prezidenti Donald Tramp orada bir daha Ermənistan və Azərbaycan arasında 33 illik münaqişəyə siyasi çərçivədə onun vasitəçiliyi ilə son qoyulduğunu və bunun vacibliyini xatırladıb:
“33 illik müharibə bitdi”