Bakının dostundan təhlükəli qərar: Putin sevindi, ölkədə çöküş başladı


Almaniya ilə Macarıstan arasında gərginlik artır. İki ölkənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı fərqli yanaşma sərgiləməsi qarşıdurmanı dərinləşdirib. Berlin artıq Budapeştin Avropa İttifaqının (Aİ) Ukrayna ilə bağlı qərarlarına veto qoymasını təkcə “normativ problem” kimi yox, həm də Avropa təhlükəsizliyinə birbaşa təhdid kimi görür.

Bu, yalnız iki ölkə arasındakı fikir ayrılığı deyil, eyni zamanda ittifaqın xarici siyasəti, qərarvermə mexanizmləri və NATO–Aİ münasibətləri üçün ciddi sınaqdır.

Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadənin sözlərinə görə, Ukrayna savaşı Avropada prioritetləri dəyişib, iqtisadi maraqlar ikinci plana keçib:

“Almaniya yenidən liderlik iddiasındadır və vahid mövqe yaratmaq istəyir. Macarıstanın Baş naziri Viktor Orban isə müstəqil xətt tutur. Almaniya artıq onu sadəcə problemli tərəfdaş yox, təhlükəsizlik riski hesab edir. Brüsselin əsas təsir vasitəsi maliyyədir. Hazırda Macarıstan üçün 18–43 milyard avro dondurulub. Pul axınının tam kəsilməsi ölkədə iqtisadi və siyasi böhran yarada bilər. Ancaq bu addım Budapeştin daha sərt mövqe tutmasına da səbəb olar. Orbanın veto siyasəti Aİ-də yekdillik prinsipinin zəif tərəflərini üzə çıxarır. Berlin bu maneəni “ixtisaslaşmış koalisiyalar” və ya səsvermə qaydalarının dəyişdirilməsi ilə aşmaq niyyətindədir”.

Bakının dostundan təhlükəli qərar: Putin sevindi, ölkədə çöküş başladı
Rüstəm Tağızadə

Politoloq bildirib ki, Almaniyanın sərt mövqeyi ona qısa müddətdə siyasi üstünlük qazandıra bilər:

“Lakin iqtisadi maraqlarına və Avropa daxilində birlik hissinə zərbə vurması da mümkündür.Macarıstan daxildə populist dəstək qazanır, amma beynəlxalq təcrid və iqtisadi çöküş riski ilə üz-üzədir. Aİ və NATO qısamüddətli koordinasiya problemləri yaşasa da, uzunmüddətli perspektivdə Rusiyanın “böl və idarə et” siyasətinə qarşı daha çevik mexanizmlər formalaşdıra bilər.

Avropada parçalanma Rusiya Prezidenti Vladimir Putinin xeyrinə olsa da, Almaniya və tərəfdaşları buna imkan vermək istəmir. Nəticədə Avropa seçim qarşısındadır: ya daha çevik qərarvermə modelinə keçəcək, ya da veto hüququ və daxili parçalanmalarla zəifləyəcək. Bu seçim onun beynəlxalq rolu üçün həlledici olacaq.


MANŞET XƏBƏRLƏRİ