"Yatmamışdım, başımı aşağı salıb..." - Deputat MM-in ilk iclasındakı görüntüdən danışdı


Təzəlikcə ürəyimdən əməliyyat olunmuşam, başı aşağı olan vaxt çəkib yuxuladığım barədə xəbərlər tirajlayırlar. Elə bir şey yoxdur, sadəcə aşağı baxıb fikirləşirdim.

Bu sözləri Teleqraf.com-a açıqlamasında 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən deputat seçilən Səttar Möhbalıyev VII çağırış Milli Məclis deputatlarının ilk iclasında yuxulaması barədə yayılan görüntülərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrliyindən də səhhətindəki problemlərlə əlaqədar ayrılıb.

"Kim nə yazır-yazsın, yalandır. Sadəcə başımı aşağı salıb baxmışam, götürüb çəkiblər. Ürəyimdəki narahatlığa görə 20 günlük Almaniyaya müalicəyə getməyə hazırlaşıram", - deyə bildirib.


MANŞET XƏBƏRLƏRİ