Ozan Akbaba “Uzak şehir”də çəkilişə fasilə verdi - FOTOLAR


Hazırda “Uzak şehir” serialında baş obrazlardan birini canlandıran aktyor Ozan Akbabanın həyat yoldaşı ürəyindən əməliyyat olunacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Akbaba bu müddətdə xanımına dəstək olmaq üçün serial heyətindən icazə alaraq çəkilişlərə qısa fasilə verib.

Qeyd edək ki, Ozan Akbaba Buket adlı xanımla 2017-ci ildə ailə həyatı qurub. Cütlüyün Ozan Ali adlı bir oğlu var. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ