Reuters agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Türkiyəyə yüz milyonlarla dollar dəyərində reaktiv mühərriklərin satışında irəliləyiş əldə etməyi planlaşdırır.
Turkustan.az xəbər verir ki, məsələ ilə tanış olan dörd mənbə bildirib ki, satışın gələn ay Ankarada keçiriləcək NATO Zirvəsindən əvvəl tamamlanması gözlənilir.
Mühərriklərin Türkiyənin Milli Döyüş Təyyarəsi olan KAAN layihəsində istifadə ediləcəyi qeyd olunur. Mənbələrdən birinin məlumatına görə, sövdələşmənin ümumi dəyəri 700 milyon dollardan çox ola bilər.
Həmçinin bildirilir ki, satış prosesinin yaxın günlərdə yekunlaşacağı və ABŞ Dövlət Departamentinin məsələ ilə bağlı Konqresi məlumatlandıracağı gözlənilir.
Aytən Yaşar/ Turkustan.az