CHP-də böhran ardınca böhran! Daha bir sədr istefa verdi


Ardıcıl istefalar və vəzifədən azad edilmələrlə gündəmə gələn CHP daha bir itki ilə üzləşib.

Turkustan.az xəbər verir ki,Ədirnənin Keşan bələdiyyə sədri Mehmet Özcan Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib.

İzmirdən sonra CHP-dən istefa verən ikinci bələdiyyə sədri kimi diqqət çəkən Özcan uzun illərdir bu vəzifəni icra edirdi. O, 2024-cü il yerli seçkilərində səslərin 53,11%-ni toplayaraq yenidən Keşan bələdiyyə sədri seçilmişdi.

Mehmet Özcan 1956-cı ildə Keşan rayonunun Seydiköy kəndində anadan olub. İbtidai təhsilini Seydiköydə, orta təhsilini Keşan Cümhuriyyət Orta Məktəbində, orta məktəb təhsilini isə Ədirnə Liseyində tamamlayıb.

Daha bir bələdiyyə sədri CHP-dən (Respublika Xalq Partiyası) istefa verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ