Yeni ödəniş metodları - POS terminallar ləğv olunacaq?


Azərbaycan Respublikasının Mərkəzi Bankının statistik göstəricilərinə əsasən, 2025-ci ilin sonunda ölkədə POS terminalların sayı 184.220 ədəd olduğu halda, 2026-cı ilin aprel ayının sonuna bu göstərici 160.225 ədədə düşüb. Bu o deməkdir ki, POS terminalların sayı niyə 24 min ədəd azalıb.

Bank bunu belə izah edir ki, azalma əsasən mobil POS terminallarda aktivliyin (dövriyyənin olmaması) ilə əlaqədardır. Odur ki, bank həmin məhsulun rentabelliyini qorumaq məqsədilə aprelin əvvəlində həmin terminalların fəaliyyətini dayandırıb.

Bəs belə davam edərsə, POS terminallar ümumiyyətlə ləğv oluna bilərmi?

Turkustan.az xəbər verir ki, iqtisadçı ekspert Samir Ağayev Bizim.Media-ya ödəniş terminallarının sayı gələcəkdə daha da azala bilər, amma onların tamamilə ləğv olunması yaxın gələcəkdə ehtimal edilmir deyib.

“Mobil bankçılıq və QR ödənişləri sürətlə yayılması, kartdan-karta köçürmələr terminal əməliyyatlarını əvəz edir. Artıq kommunal, mobil rabitə və digər ödənişlərin əksəriyyəti bank tətbiqləri vasitəsilə edilir. Ona görə də banklar və xidmət təminatçıları fiziki terminalların saxlanması xərclərini azaltmağa çalışırlar.

Amma tamamilə ləğv olunmasından söhbət gedə bilməz.

Çünki hələ də nağd pul istifadə edən, yaşlı və ya rəqəmsal xidmətlərdən istifadə etməyən, yaxud smartfonu olmayan istifadəçilər var. Ona görə də yaxın 5–10 ildə terminalların sayının azalması mümkündür, lakin onların tam yox olması üçün bütün əhalinin rəqəmsal ödənişlərə keçməsi lazımdır”.


MANŞET XƏBƏRLƏRİ