"TuranBank"da da problem yarandı - DETALLAR


"TuranBank" ASC-nin kart əməliyyatlarında texniki problem yaranıb.

Turkustan.az xəbər verir ki, hazırda bankın kart xidmətlərində müşahidə olunan nasazlıq səbəbindən bəzi müştərilər hesablarından səbəbi izah olunmayan silinmələrin baş verdiyini bildirirlər.

İstifadəçilərin sözlərinə görə, kart hesablarında müəyyən məbləğlərin çıxılması və balansda uyğunsuzluqlar müşahidə olunur. Məsələ ilə bağlı sosial şəbəkələrdə də çoxsaylı paylaşımlar edilib, vətəndaşlar kart əməliyyatlarında yaranan problemə aydınlıq gətirilməsini istəyiblər.

İlkin məlumata görə, sözügedən hal texniki nasazlıqla əlaqədardır. Hazırda problemin aradan qaldırılması istiqamətində iş aparıldığı bildirilir.

Müştərilərə kart hesablarında baş verən dəyişiklikləri diqqətlə izləmələri, şübhəli silinmə və ya uyğunsuzluq halları ilə qarşılaşdıqları təqdirdə bankın müştəri xidmətləri ilə əlaqə saxlamaları tövsiyə olunur.

Qeyd edək ki, texniki problemin nə vaxt tam aradan qaldırılacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ