İsrailin Baş naziri Binyamin Netanyahu İsrail ordusunun cənub ərazilərinə nəzarəti saxladığı Livan və Suriyadakı hadisələri müzakirə etmək üçün təhlükəsizlik kabinetini çağırdığı bildirilir.
Turkustan.az xəbər verir ki, “The Jerusalem Post” qəzeti Netanyahunun təhlükəsizlik kabinetinin siyasi və hərbi üzvləri ilə görüşünün yerli vaxtla saat 18:30-da başlayacağını bildirib.
Görüşdə Suriya və Livandakı hadisələrlə yanaşı, ABŞ prezidenti Donald Trampın Suriyanın "Livana müdaxilə edə biləcəyi" barədə açıqlamaları da müzakirə olunacaq.
İsrail müdafiə naziri Yisrael Katz Suriyanın cənubunda və Livanda işğal etdikləri ərazilərdə qalacaqlarını bildirərək, "ABŞ istəsə belə, ordu Livanın cənubundan çəkilməyəcək" iddiasını irəli sürdü.
ABŞ prezidenti Donald Tramp İsrailin Livanda Hizbullaha qarşı mübarizəsində uğursuz olduğunu iddia edərək, Suriya prezidenti Əhməd Şaranın adını çəkdi və "Suriyanın Livana müdaxilə edə biləcəyi" barədə açıqlamalar verdi.
Aytən Yaşar/ Turkustan.az